İranda 1 nəfər edam edilib

İranda 1 nəfər edam edilib
# 02 oktyabr 2013 06:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Fars vilayətində 1 nəfər edam edilib.

APA-nın məlumatına görə, 45 yaşlı məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib.

Şiraz İnqilab Məhkəməsinin dördüncü şöbəsi üzərində 294 kiloqram həşiş, 1,5 kiloqram krakla tutulan məhbusu narkotik maddələr satmaq, saxlamaq və daşımaqda ittiham edərək ölüm cəzasına, həmçinin 360 milyon riyal pul cəriməsi və 50 zərbə şallaq cəzalarına da məhkum edib. Məhbusun əfv xahişi də rədd edilib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Edam hökmü oktyabrın 1-də səhər saatlarında Şiraz şəhərinin mərkəzi həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR