Füzuli rayonunda avtomobil yanıb

Füzuli rayonunda avtomobil yanıb
# 03 oktyabr 2013 01:52 (UTC +04:00)

Bakı-APA. Füzuli rayonunda avtomobil yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Horadiz qəsəbəsində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR