ABŞ səfiri Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri ilə görüşüb - FOTO

ABŞ səfiri Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri ilə görüşüb - <span style="color: red;">FOTO
# 13 noyabr 2013 15:30 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (ADİU) tələbələri ilə görüşüb.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru Şəmsəddin Hacıyev qonağı salamlayaraq iki ölkə arasındakı dostluq münasibətlərindən danışıb.

O bildirib ki, ABŞ Azərbaycanın strateji tərəfdaşıdır və iki ölkə arasında iqtisadi sahədə əlaqələr inkişaf edir. Ş.Hacıyev həmçinin ABŞ-ın Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesində aparıcı ölkə olduğunu bildirib.

Daha sonra tədbirdə çıxış edən səfir R.Morninqstar universitetdə görülən işlərdən danışıb. O qeyd edib ki, bu universitetin tələbələri mübadilə proqramları vasitəsilə ABŞ-da olub. İki ölkə arasında əlaqələrə toxunan R.Morninqstar bildirib ki, bu əlaqələr 3 əsas sütuna söykənir: “Bura enerji təhlükəsizliyi və iqtisadiyyatın diversifikasiyası, insan haqları və demokratiya, təhlükəsizlik, Dağlıq Qarabağ, Əfqanıstan və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq daxildir. ABŞ Azərbaycanın enerji təhlükəsizliyi sahəsində güclü tərəfdaşıdır və belə də qalacaq. Biz “Şahdəniz 2” layihəsini çox fəal şəkildə dəstəkləyirik. Eyni zamanda Azərbaycanla İKT sahəsində də əməkdaşlıq edirik”.

R.Morninqstar həmçinin qeyd edib ki, ABŞ Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsində də dəstəkləyir: “ÜTT-yə üzvlük rəqabət qabiliyyətli özəl sektorun yaranmasında önəmli rol oynayacaq və vacib məqsədlərə nail olmağa imkan verəcək. Azərbaycanın regionlarında əhalinin əksəriyyəti kənd təsərrüfatı sahəsi vasitəsilə rifahını qurur. Kənd təsərrüfatı sahəsi də Azərbaycanda əsas ixrac yönümlü sahə ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR