“Azəryolservis”in sədri ağır çəkili avtomobillərdən şikayətlənib

“Azəryolservis”in sədri ağır çəkili avtomobillərdən şikayətlənib
# 23 noyabr 2013 11:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin əksər magistral yollarında təmir işləri aparılıb, bəzilərində isə bu işlər davam etdirilir: “Vəziyyət birdən-birə dəyişmir, buna illər lazımdır. Sovetlər dövründə Azərbaycanda faktiki olaraq yol olmayıb. Ümumi yolların heç 5%-i asfalt deyildi. Hazırda yolların 75%-i təmir olunur və proses davam edir. Ümumiyyətlə, yolların təmiri böyük maliyyə, həm də fiziki cəhətdən böyük işlər tələb edir. Ölkəmizdə 31 min km-dən çox yol var. Onun da 19 mininə biz, qalanlarına icra hakimiyyətləri və bələdiyyələr nəzarət edir”.

Sürücülərin yollarla bağlı şikayətinə gəlincə, C. Qurbanov bildirib ki, ölkə başçısı bu sahəyə xüsusi diqqət göstərir və sərmayə qoyulur: “Amma ağır çəkili maşınlar yolların axırına çıxır, dağıdır. Yollara bu cür münasibət düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR