Tiflisdə Cənubi Qafqaz ölkələrinin və Türkiyədən gələn ekspertlərin görüşü keçirilib

Tiflisdə Cənubi Qafqaz ölkələrinin və Türkiyədən gələn ekspertlərin görüşü keçirilib
# 07 fevral 2014 19:05 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə iştirak edən Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin gənc ekspertləri və peşəkar mütəxəssisləri ictimai diplomatiyanın vacibliyindən söhbət açaraq qeyd ediblər ki, münaqişələrin davam etdiyi ölkələr arasında ictimai diplomatiya inkişaf etdirilməlidir. Tədbirdə Azərbaycanı müstəqil ekspert Bəhruz Babayev təmsil edib. O, jurnalistlərə açıqlamasında regional əməkdaşlıq, sülh və sabitlik layihəsinin maraqlı və regionda təhlükəsizliyi əks etdirən bir layihə olduğunu, lakin nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və konstruktiv mövqe nümayiş etdirmirsə, bölgədə sülh və əməkdaşlıq məsələsinə maneələrin yaranacağını deyib. “Belə layihələr münaqişələrin həlli istiqamətində heç bir iş görməyəcək,” - müstəqil ekspert Bəhruz Babayev bildirib.

Tədbirdə çıxış edən Ermənistan prezidentinin ictimaiyyətlə əlqələr Mərkəzinin baş eksperti Artyom Mkrtçyan belə layihələrin Ermənistan, Azərbaycan və Türkiyə arasında körpü rolu oynadığını qeyd edib: “Mən Türkiyədən gələn və Türkiyə-Ermənistan əlaqələri barədə araşdırma aparan mütəxəssis ilə söhbət etdim. Biz Gürcüstanın yeni hökumətinin mövqeyi ilə də tanış olduq,” erməni eksperti bildirib.

Regional əməkdaşlıq çərçivəsində Türkiyədən gələn mütəxəssis Yumit Nəzmi Hazır çıxışında son illər Türkiyənin də Cənubi Qafqaz siyasəti ilə maraqlandığını bildirib: “Bu sahədə Türkiyənin əsas rolu sülhməramlı xarakter daşıyır və bizim ölkə sülh və regionda status-kvonun saxlanılması təşəbbüsü ilə çıxış edir. Bizim əsas məqsədimiz sülh şəraitində münaqişələrin müsbət həll edilməsidir,” Nəzmi Hazır bildirib.

Qeyd edək ki, "Regional əməkdaşlıq:Sülh və sabitlik” layihəsi Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir və 6 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR