Səfir: “İran Vyana Konvensiyasına hörmətlə yanaşır, amma hər ölkənin öz mülahizələri, qayda-qanunları da var”

Səfir: “İran Vyana Konvensiyasına hörmətlə yanaşır, amma hər ölkənin öz mülahizələri, qayda-qanunları da var”
# 14 may 2013 15:39 (UTC +04:00)

Ona görə də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun İranda Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı müraciətinə ən qısa zamanda məlumat verilib. Amma nəzərə almaq lazımdır ki, hər ölkənin öz mülahizələri, qayda-qanunları da var”. Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın deyib.

Diplomat bildirib ki, Azərbaycan vətəndaşlarının saxlanmasının səbəbi onların qanundankənar hərəkətləri olub və bu işə məhkəmə sistemi baxacaq: “Biz Vyana Konvensiyasına hörmətlə yanaşırıq. Təbiidir ki, hər bir ölkənin öz qayda-qanunları da var. Saxlanılan şəxslərlə nə vaxt görüş təyin ediləcəyini biz bilmirik, proses öz axarı ilə davam edir. Biz iki ölkə arasında yaxşı münasibətləri nəzərə alaraq, ümumiyyətlə, belə məsələlərin ortaya çıxmasını istəmirik və ortaya çıxsa da, qısa zaman ərzində həll olunmasını arzulayırıq”.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşlarının Vyana Konvensiyanın konsul vəzifəsini icra edən vəzifəli şəxslərin təmsil etdikləri ölkənin vətəndaşları ilə sərbəst şəkildə görüşməsini nəzərdə tutan müddəasına uyğun olaraq niyə Azərbaycan vətəndaşları ilə görüşə bilməməsi barədə sualı cavablandıran M. P. Ayinin sözlərinə görə, belə hallar Azərbaycanda saxlanılan İran vətəndaşları ilə bağlı da baş verir. Səfir əlavə edib ki, Təbrizdə saxlanılan AMEA əməkdaşı Xalidə Xalid və Şamxal Hüseynova qarşı irəli sürülən ittihamın detalları barədə yeni məlumata malik deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR