Azərbaycan prezidenti MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul edib - VİDEO

Azərbaycan prezidenti MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul edib - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2013 16:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti Bütövlükdə Azərbaycan MDB çərçivəsində əksər formatlarda fəal iştirak edir: “Biz bu təşkilatda iştirakımıza böyük əhəmiyyət veririk, bir çox istiqamətlərdə, o cümlədən hüquq mühafizə qurumlarının fəaliyyətində, eləcə də sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında iştirak edən xidmətin işində fəal iştirak edirik.

Ölkələrin sərhəd xidmətlərinin qarşılıqlı fəaliyyəti bütövlükdə MDB çərçivəsində əməkdaşlığın inkişafında və konkret olaraq sizin rəhbərlik etdiyiniz sahədə böyük əhəmiyyət kəsb edir. Təbii ki, sərhəd xidmətlərinin işi digər qurumların qarşılıqlı fəaliyyəti ilə əsasən regionla əlaqədar olur. Çünki qonşu dövlətlərin sərhədləri ikitərəfli formatda fəal əməkdaşlığı nəzərdə tutur. Şadam ki, belə çoxtərəfli formatda da ölkələrimizin sərhəd xidmətləri arasında yaxşı qarşılıqlı anlaşma mövcuddur. Çoxtərəfli formatda qarşılıqlı fəaliyyət böyük əhəmiyyətə malikdir. Çünki təcrübə mübadiləsi, müxtəlif proqramlar, müasir dünyada əhəmiyyət kəsb edən informasiya mübadiləsi var. Bizim ölkələrimizdə bütövlükdə daxili proseslərin inkişafının müsbət dinamikası mövcuddur, amma əlbəttə ki, kənardan təhlükələr də var. Əlbəttə ki, istənilən ölkənin təhlükəsizliyi, o cümlədən onun sərhədlərinin təhlükəsizliyi ilə də təmin olunur. Həmin sərhədlər nə qədər etibarlı qorunsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar. Buna görə də biz əlbəttə ki, Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik. Əslində bu xidmət MDB-nin əksər ölkələrində olduğu kimi, bizdə də sıfırdan yaranmağa başlayıb. Həm maddi-texniki bazanın çox mühüm məsələlərini, həm peşəkarlığın yüksəldilməsini, kadrların hazırlanmasını həll etmək lazım gəlirdi. Bu istiqamətdə böyük işlər görülüb. Sərhəd Xidməti Akademiyası yaradılıb, maddi-texniki baza möhkəmləndirilir, ölkəmizin və qonşularımızın təhlükəsizliyini təmin etmək üçün ən çətin keçilən yerlərdə, dağların zirvəsində meşələrdə müasir bazalar, şəhərciklər, zastavalar tikilir. Əlbəttə ki, qonşu ölkələrlə qarşılıqlı fəaliyyət mövcuddur, birgə tədbirlər, bəzən birgə əməliyyatlar keçirilir. Bütün bunlar regionda təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Sözsüz, belə formatda əməkdaşlıq yəqin ki, müəyyən mənada nadirdir, çünki beynəlxalq qurumlar, sərhəd xidmətləri çərçivəsində əməkdaşlığın daha geniş beynəlxalq formatı mövcuddur. Amma MDB çərçivəsində belə format xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən bu, bütövlükdə təşkilatımızın möhkəmləndirilməsi və xalqlarımız arasında mövcud olan dostluq və qarşılıqlı fəaliyyət ənənələrinin davamı deməkdir, digər tərəfdən ölkələrə təhlükələrin artdığı, müxtəlif regionlarda ağır proseslərin getdiyi bir zamanda şübhəsiz ki, əlaqələndirməyə, qarşılıqlı dəstəyə, informasiya mübadiləsinə və əlbəttə ki, fəal, açıq əməkdaşlığa zərurət vardır. Biz buna istiqamətlənmişik və düşünürəm ki, sizin Şuranın iclasının Bakıda keçirilməsi bizim bu məsələlərə münasibətimizi sübut edir. Öz tərəfimizdən biz Azərbaycanın sərhəd xidmətini gücləndirməyi, həmçinin əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatını möhkəmləndirməyi davam etdirəcəyik.

Təhlükələr əslində eynidir, real və potensial təhlükələrin mənbələri də əslində eynidir. Bizi böyük coğrafi məkan, böyük region birləşdirir. Bu region tarix, mədəni, iqtisadi münasibətlər, nəqliyyat vasitələri ilə qarşılıqlı əlaqədədir. Buna görə də şübhəsiz ki, bizim təhlükəsizliyimiz fəal əməkdaşlıqla tam təmin olunacaq.

Əminəm ki, sizin iclasınız çərçivəsində müzakirə ediləcək məsələlər məhsuldar olacaq, MDB ölkələrinin sərhəd xidmətlərinin gələcək qarşılıqlı fəaliyyətinə öz töhfələrini verəcək, eləcə də sərhəd xidməti rəhbərləri arasında daha möhkəm dostluq münasibətlərinin olması üçün sizi daha da yaxınlaşdıracaq”.

Sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini və Sərhəd Xidmətinin rəhbəri, Sərhəd Qoşunları Komandanlar Şurasının sədri Vladimir Kuleşov çıxış edib.

O, Şuranın bugünkü iclasında MDB-nin sərhəd qurumlarının 10 nümayəndə heyətinin, həmçinin MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Birliyi İnteqrasiya Komitəsi katibliyinin nümayəndələrinin, komandanlığın fəxri üzvləri iştirak etdiyini deyib: “Biz bir sıra aktual məsələləri nəzərdən keçirməyi planlaşdırırıq, o cümlədən şübhəsiz ki, ötən dövr ərzində ölkələrimizin sərhədlərinin təhlükəsizliyi sahəsində, eləcə də Birliyin digər ölkələri ilə sərhədində təhlükəsizliyin təminatında fəaliyyətini təhlil edəcəyik. 2013-cü ildə komandanların fəaliyyətinin yekununa xüsusi diqqət yetirəcəyik və Sizin dediyiniz kimi, birgə operativ-profilaktik tədbirləri qiymətləndirəcəyik”.

O, MDB ölkələrinin sərhəd xidmətləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçiriləcək digər tədbirlər barədə məlumat verib. O, qeyd etdi ki, tədbirlər planında Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin geniş qeyd edilməsi nəzərdə tutulur: “Bugünkü iclas çərçivəsində biz sovet xalqının Böyük Vətən müharibəsində qələbəsinin 70 illiyinə həsr olunmuş xarici sərhədlər üzrə xatirə estafetinin keçirilməsi reqlamentini təsdiq etməyi nəzərdə tuturuq. Mən sadəcə olaraq bugünkü əməkdaşlara bu ənənələri gələcək üçün qorumağı tövsiyə edirəm.

Yekunda qeyd etmək istərdim ki, MDB Sərhəd Qoşunları Komandanları Şurası sərhəd siyasəti məsələləri üzrə Dövlət Başçılarının Şurasında ali qurum kimi sərhəd təhlükəsizliyinin təminatı sahəsində qarşılıqlı faydalılıq və səmərəli əməkdaşlıq xəttini həmişə inkişaf etdirmək üçün əlindən gələni edib və edəcək”.

Sonda MDB Sərhəd Qoşunları Komandanları Şurası üzvlərinin adından Azərbaycan prezidentinə xatirə hədiyyəsi təqdim edilib.

Görüşdən sonra xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR