Bəşər Əsəd: Suriya hökumət ordusu kimyəvi silahdan istifadə etməyib

Bəşər Əsəd: Suriya hökumət ordusu kimyəvi silahdan istifadə etməyib
# 05 oktyabr 2013 21:26 (UTC +04:00)

Bakı-APA. Suriya hökumət ordusu kimyəvi silahdan istifadə etməyib. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın “Şpiqel” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

“Biz kimyəvi silahdan istifadə etməmişik. Bu yalandır. Mənə aid etdiyiniz öz xalqının qatili obrazı da səhvdir”, deyə o qeyd edib.

Əsəd kimyəvi silah üzrə beynəlxalq ekspertlərlə sıx əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, mütəxəssislər məsələ ilə bağlı Suriya hökumətindən bütün lazımi məlumatları ala bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR