BMT baş katibi: Suriya ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub

BMT baş katibi: Suriya ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub
# 30 yanvar 2014 12:23 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Berlinə səfərə gəlmiş BMT baş katibi Pan Gi Min bəyan edib.

O qeyd edib ki, hazırki mərhələdə başlıca məqsəd Suriyada mülki əhalinin əzablarını azaltmaqdır.

BMT baş katibi bildirib ki, danışıqlar yanvarın 31-də dayandırılacaq. Onun sözlərinə görə, bu, nümayəndə heyətlərinin Suriyaya qayıdacağı və orada məsləhətləşmələr aparacağı ilə bağlıdır. “Danışıqlar fevralda Cenevrədə bərpa olunacaq. Lakin hələlik dəqiq tarix müəyyənləşməyib”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR