Dövlət Pedaqoji Universitetin tələbələrinin etiraz aksiyası yekunlaşıb - YENİLƏNİB - FOTO

Dövlət Pedaqoji Universitetin tələbələrinin etiraz aksiyası yekunlaşıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 12:28 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xeyli sayda tələbə semestr imtahanlarının yazılı aparılmasına etiraz ediblər. Onlar imtahanların test üsulu ilə keçirilməsini tələb ediblər.

ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov APA-ya açıqlamasında deyib ki, rektor Yusif Məmmədov akt zalında tələbləri şikayətlərini dinləmək üçün gözləsə də, aksiyaçıların yalnız bir qismi onunla görüşə gedib, böyük əksəriyyət isə aksiyanı davam etdirib.

Bundan sonra rektor aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxıb. Tələbələrin qarşısında çıxış edən rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib. Bununla bağlı qərarın Təhsil Nazirliyi tərəfindən veriləcəyini deyən rektor əlavə edib ki, sabahdan başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq: “Məqsədimiz odur ki, imtahanlar şəffaf keçirilsin”.

Bundan sonra aksiya yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR