İran və Ermənistan arasında statistika sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

İran və Ermənistan arasında statistika sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb
# 09 dekabr 2013 07:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Ermənistan arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, saziş dekabrın 8-də İranın Statistika Mərkəzinin rəhbəri Adil Azər, İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi, Ermənistan baş naziri Tiqran Sarkisiyan və Ermənistan Statistika İdarəsinin rəisi Stepan Manasakiyanın iştirakı ilə İrəvanda imzalanıb.

A. Azər bildirib ki, sazişin məqsədi iki ölkə arasında məlumat və statistika sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

T. Sarkisyan isə Tehran və İrəvan arasında əlaqələrin inkişafından məmnun olduğunu deyərək, memorandumun iki tərəfin də mənfəətlərinə xidmət edəcəyini və ikitərəfli əməkdaşlığı inkişaf etdirəcəyini söyləyib.

S. Manasakiyan da müqavilənin Ermənistana İranın statistika sahəsində əldə etdiyi təcrübələrdən faydalanmağa imkan verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR