Havanın temperaturu Bakıda 31, rayonlarda 33 dərəcəyə yüksələcək - VİDEO

 Havanın temperaturu Bakıda 31, rayonlarda 33 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 10 may 2014 11:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, cənub-şərq küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da mayın 11-də havanın əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR