Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” birgə müsabiqəsinin nəticələrini açıqlayıb - FOTO

Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” birgə müsabiqəsinin nəticələrini açıqlayıb - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 12:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” birgə müsabiqəsinin nəticələrini açıqlayıb.

Elmin İnkişafı Fondunun icraçı direksiyasından APA-ya verilən məlumata görə, direksiyada bu məqsədlə keçirilən tədbirdə ABŞ-da yerləşən “Qarabağ Fondu”nun icraçı direktoru xanım Diana Kohen Altman (Diana Cohen Altman) da iştirak edib. Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” müsabiqələrindən birinin “Qarabağ Fondu” ilə keçirilməsi barədə də razılığa gəlib. Əvvəlki iki müsabiqə üzrə yerinə yetirilən layihələr üzrə maraqlı nəticələrin ABŞ-da “Qarabağ Fondu”nun dəstəyi ilə təqdim və təbliğ olunması ilə məsələsi də razılaşdırılıb.

Fond 2-ci “Şuşa Qrantı” müsabiqəsini UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə 2013-cü il 10 may tarixində elan edərək keçirib. Müsabiqənin məqsədi bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna və florasının, təbii sərvətlərinin, mədəniyyət tarixinin, etnoqrafiyasının, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq, incəsənət sahələrinin, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin, Xocalı soyqırımının tədqiqi və bu barədə həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsidir. Müsabiqə çərçivəsində təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrində fundamental-tətbiqi xarakterli elmi-tədqiqat proqram və layihələrinin dəstəklənməsi nəzərdə tutulub.

Təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilib, layihələrin elmi səviyyəsi, onların yerinə yetirilməsi imkanları və potensialı, gözlənilən elmi nəticələri, mümkün tətbiq ehtimalı üzrə qiymətləndirilib.

2013-cü ildə elan olunaraq keçirilmiş 2-ci “Şuşa Qrantı” birgə müsabiqəsi çərçivəsində 10 qalib layihə müəyyənləşdirilib. Qalib layihələrin maliyyələşdirilməsi məqsədilə Elmin İnkişafı Fondu tərəfindən 300000 manat həcmində qrant ayrılıb. Nəticələr noyabrın 7-də açıqlanıb.

2-ci “Şuşa Qrantı” müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Folklor, Memarlıq və İncəsənət, Əlyazmalar, Arxeologiya və Etnoqrafiya, Geologiya İnstitutlarında, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda , Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində yerinə yetiriləcəkdir. İcraçılar sırasında Bakı Avrasiya Universitetinin, “Sağlam nəsil” İctimai Birliyinin, “Stimul Azərbaycan” MMC-nin, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun alim və mütəxəssisləri də var.

Qeyd edək ki, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci il 8 may tarixində “Şuşa Qrantı”nı təsis edib. 1-ci “Şuşa Qrantı” müsabiqәsi 2012-ci ildә elan edilәrәk keçirilib vә qalib layihәlәr müәyyәnlәşdirilib. 1-ci müsabiqәnin nәticәlәri üzrә yerinә yetirilәn 4 layihәdәn 2-si beynәlxalq xarakterli olmaqla Almaniya vә Ukraynalı alimlәrlә birlikdә uğurla yerinә yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR