Moskvada Mirzə Şəfi Vazehin 220 illik yubileyi keçirilib - FOTO

Moskvada Mirzə Şəfi Vazehin 220 illik yubileyi keçirilib - <span style="color: red;">FOTO
# 02 iyun 2014 19:02 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Millətlər Evində keçirilən tədbir Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və "Şəhriyar" Ədəbi-Mədəni Cəmiyyəti tərəfindən təşkil olunub.

Tədbirdə ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları və hər iki ölkənin ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Şəhriyar" Ədəbi-Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov Mirzə Şəfi Vazehin həyatı haqqında ətraflı məlumat verib.

Moskva Dövlət Linqivistika Universitetinin nəzdində olan Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva isə çxışında M.Ş Vazehin yaradıcılığı haqqında danışıb.

Yubiley mərasiminin sonunda Azərbaycan və Rusiya musiqiçələrinin iştirakı ilə konsert təşkil olunub. Pianoçu Riad Məmmədov və digər musiqiçlər öz ifaları ilə çıxış ediblər. Bundan başqa, tədbir çərçivəsində Mirzə Şəfi Vazehdən bəhs edən videoçarx nümayişi olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR