Kənd təsərrüfatı naziri Samuxda vətəndaşlarını qəbul edəcək - YENİLƏNİB

Kənd təsərrüfatı naziri Samuxda vətəndaşlarını qəbul edəcək - <span style="color: red;">YENİLƏNİB
# 18 iyun 2014 07:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 27-də saat 11:00-da Samux rayonunda Samux, Göy-Göl, Yevlax, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.

Bu haqda “APA-Economics”ə nazirliyin mətbuat xidmətindən verilib.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 022-265-01-17, 022-265-00-39) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected])vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR