Mərdəkan Dendrarisinin Elmi Şurasının iclası keçirilib

Mərdəkan Dendrarisinin Elmi Şurasının iclası keçirilib
# 09 aprel 2014 16:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərdəkan Dendrarisinin Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA Mərdəkan Dendrarisindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən Dendrarinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov müzakirə olunacaq məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

O bildirib ki, Bakı Dövlət Universitetinin Biologiya fakültəsi ilə Mərdəkan Dendrarisi arasında birgə fəaliyyət göstərəcək elm və tədris mərkəzinin yaradılması haqqında anlaşma memorandumu və Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə “Bakı şəhər park və bağlarının yaşıllaşdırılması” üzrə 2014-2015-ci illərdə birgə işin aparılması məqsədilə müqavilənin bağlanılması məsələsi xüsusi əhəmiyyətə malikdir.

Sonda yaz-yay mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər və gündəlikdəki olan məsələlər müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR