Bakıda neft mədənində baş verən partlayışla bağlı cinayət işi başlanıb

Bakıda neft mədənində baş verən partlayışla bağlı cinayət işi başlanıb
# 19 iyun 2014 09:15 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, iyunun 18-də saat 12 radələrində H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində yerləşən 5-ci mədən sahəsində qazla qaynaq işləri aparılarkən baş vermiş partlayış nəticəsində elektrik-qaz qaynaqçıları Zakir Əliyev və Dmitriy Baranovun aldıqları xəsarətlərdən ölmələri barədə daxil olmuş məlumat əsasında Xəzər Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) hadisə ilə bağlı dünən yaydığı məlumatda “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Qala” sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq öldükləri bildirilib.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR