Siyəzən rayonunda 71 yaşlı qadının kanalda batdığı ehtimal edilir

Siyəzən rayonunda 71 yaşlı qadının kanalda batdığı ehtimal edilir
# 11 iyul 2013 07:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda 71 yaşlı qadının kanalda batdığı ehtimal edilir. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, 1942-ci il təvəllüdlü Xədicə Dövlətnəzər qızı Fəttahovanın Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilir. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və axtarışlara başlayıb. Hələlik axtarışlar nəticə verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR