Bakı-APA. NATO-ya üzv dövlətlərin XİN rəhbərləri Ukraynada etirazçılara qarşı güc tətbiq olunmasını tənqid edərək hakimiyyət və müxalifət arasında dialoqun başlanmasına təkid edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.
“Biz Ukraynadakı vəziyyəti diqqətlə izləyirik, dinc nümayişçilərə qarşı hədsiz gücün tətbiqini pisləyirik və tərəfləri təxribat və zorakılığa yol verməməyə çəğırırıq”, deyə NATO-nun baş katibi Brüssüldə baş tutmuş mətbuat konfransında bildirib.