Bakıda top mərmisi tapılıb - FOTO - VİDEO

Bakıda top mərmisi tapılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2013 14:11 (UTC +04:00)

XRXX-dən APA-ya verilən məlumata görə, hadisə yerinə baxış keçirilərkən məlum olub ki, ərazidə aparılan qazıntı işləri zamanı fəhlələr tərəfindən 1 ədəd 76 millimetr olan top mərmisi aşkar edilib.

Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib, adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq əməliyyata başlayıblar.

Xidmətin mütəxəssisləri tərəfindən aşkar olunmuş top mərmisinə baxış zamanı məlum olub ki, mərmi istifadəyə yararsızdır. Aşkar edilmiş top mərmisi hadisə yerində olan DİN-nin Daxili Qoşunlarının mütəxəssislərinə təhvil verilib.

Mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra ərazidə digər partlayış təhlükəli əşya aşkar olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR