Azərbaycanda yeni internet televiziya xidməti istifadəyə veriləcək

Azərbaycanda yeni internet televiziya xidməti istifadəyə veriləcək
# 30 dekabr 2013 10:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) «Over-The-Top» (OTT) texnologiyası üzərindən yeni internet televiziya xidmətini istifadəyə verməyə hazırlaşır. «APA-Economics»in MHM-ə istinadən verdiyi məlumata görə, yeni xidmət www.ott.az saytı üzərindən yanvarın 15-də istifadəyə veriləcək.

«İlkin mərhələdə yeni texnologiya vasitəsilə 44 televiziya kanalına baxmaq mümkün olacaq. Gələcəkdə isə kanalların sayının artırılması gözlənilir. Xidmətin tarifi ayda 6 manat təşkil edəcək və ödənişi internet üzərindən, ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq», - deyə MHM-dən bildiriblər.

Qeyd edək ki, OTT texnologiyası istifadəçiyə dünyanın istənilən provayder şəbəkəsində keyfiyyətli çoxkanallı televiziya xidmətlərini göstərməyə imkan verir. Bu xidmətlərdən istənilən qurğudan istər televizor, istərsə də smartfon, kompüter, planşet və s. istifadə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR