Slavyanskda “dinc sakinlər” daha bir Ukrayna helikopterini vurub - VİDEO

Slavyanskda “dinc sakinlər” daha bir Ukrayna helikopterini vurub - <span style="color: red;">VİDEO
# 05 may 2014 15:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyi bu gün yerli vaxtla saat 14.30-a yaxın antiterror əməliyyatının keçirildiyi Slavyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin “Mi-24” helikopterinin vurulduğunu açıqlayıb.

Helikopter çaya düşüb. Ekipaj üzvləri sağ qalıb və Antiterror Mərkəzinin operativ briqadası tərəfindən hadisə yerindən aparılıb. Helikopterin pulemyot atəşi ilə vurulduğu güman olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl Slavyansk ətrafında daha 2 helikopter vurulmuşdu. Rusiya Ukraynanın şərqində inzibati binaları ələ keçirən və hökumət qüvvələrinə silahlı müqavimət göstərən qrupları dinc sakin adlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR