Azərbaycanda şirkətin yarım milyon manata yaxın pulunun mənimsənilməsi faktı üzrə cinayət işi başlanıb

Azərbaycanda şirkətin yarım milyon manata yaxın pulunun mənimsənilməsi faktı üzrə cinayət işi başlanıb
# 30 yanvar 2014 11:49 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Türkan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Bildirilib ki, şirkətin sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq mövqeyindən sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının satışından əldə olunmuş 452.0 min manat məbləğində pulu müəssisənin hesabına mədaxil etməyərək mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.3.2 və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR