Putin: “Ukraynanın qaz borcu məsələsində Avropa Birliyindən daha aktiv addımlar gözləyirik”

Putin: “Ukraynanın qaz borcu məsələsində Avropa Birliyindən daha aktiv addımlar gözləyirik”
# 15 may 2014 16:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiya Ukraynanın qaz borcu probleminin həlli ilə bağlı Avropa Birliyindən (AB) konkret təkliflərin olmamasından məyusdur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Avropa dövlətlərinin liderlərinə xüsusi müraciətində bildirilir.

Putin bildirib ki, Moskva yaranmış durumla bağlı Avropa dövlətlərindən daha aktiv addımlar gözləyir.

Rusiya prezidenti onu da qeyd edib ki, Moskvanın Ukraynaya qazın satılması məsələsində öncədən ödəmə qərarını verməsi məcburiyyətdən irəli gəlib.

Avropa Birliyinə daxil olmayan bir sıra ölkələrin nümayəndələri ilə görüşlərdə yaranmış durumla əlaqədar narahatlığın ifadə edildiyini deyən Putin AB üzvləri yalnız bir dəfə Varşavada görüş keçirildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR