Xaçmazda 52 yaşlı kişi dəm qazından zəhərlənib

Xaçmazda 52 yaşlı kişi dəm qazından zəhərlənib
# 14 aprel 2014 06:54 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Aprelin 13-də axşam saatlarında Xaçmaz şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü Babayev Bəhruz Bəyəli oğlu hamam otağında çimərkən dəm qazından zəhərlənib. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin sabit-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR