Azərbaycan paytaxtında yaxın iki ildə neftlə çirklənmiş ərazilər tam təmizlənəcək

Azərbaycan paytaxtında yaxın iki ildə neftlə çirklənmiş ərazilər tam təmizlənəcək
# 04 noyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı şəhərində 2015-ci ildə keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər Azərbaycan paytaxtında neftlə çirklənmiş ərazilər tam təmizlənəcək. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Baǧırov bildirib.


Onun sözlərinə görə, SSRİ dövründə ətraf mühitə qarşı ögey münasibət nəticəsində təkcə Abşeron yarımadasında 35 min hektara yaxın neftlə çirklənmiş torpaq yaranıb: «Həmin torpaqlardan 15 min hektarı xüsusilə ağır çirklənməyə məruz qalıb. Bu günə qədər Azərbaycan ərazisində təxminən 1,5 mlrd. ton neft çıxarılıb. Bu müddətdə təbiətə vurulan ziyanı qısa vaxt ərzində aradan qaldırmaq mümkün deyil. Son illər ərzində neftlə çirklənmiş torpaqların təmizlənməsi və yerində yaşıllıqların salınması işi davam etdirilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR