Praqa rəhbərliyi Ukrayna prezidentini qəbul etməkdən imtina edib

Praqa rəhbərliyi Ukrayna prezidentini qəbul etməkdən imtina edib
# 05 fevral 2014 10:03 (UTC +04:00)

Bakı – APA. Praqa şəhərinin rəhbərliyi Ukrayna prezidenti Viktor Yanukoviçin səfərinin təşkilində iştirakdan imtina edib.

APA-nın “Azadlıq radiosu”na istinadən verdiyi məlumata görə, şəhər meriyası müvafiq qərarı fevralın 4-də qəbul edib.

Praqa meri Tomaş Qudeçek bildirib ki, əgər Yanukoviç şəhərə gəlsə, yerli hakimiyyət orqanları səfərlə bağlı heç bir tədbir keçirməyəcək. Onun sözlərinə görə, Ukrayna prezidenti ratuşada təşkil edilən ənənəvi qəbula da dəvət olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR