Paşha Bank
Bank Of Baku

Almaniyada etirazçılar silah mağazasını qarət ediblər

Almaniyada etirazçılar silah mağazasını qarət ediblər
# 01 noyabr 2026 01:03 (UTC +04:00)

Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə polis arasında toqquşmalar baş verib, mağazaların vitrinləri sındırılıb.

“Bild” nəşrinin məlumatına görə, şəhərin ticarət küçələrindən birində yerləşən silah mağazası qarət edilib.

Bildirilib ki, şənbə günü Almaniyanın Berlin, Hamburq, Münhen, Ştutqart və digər şəhərləri də daxil olmaqla, 30-dan çox şəhərində gənclərin kütləvi etiraz aksiyaları keçirilib.

Nümayişçilər mümkün məcburi hərbi xidmətin bərpasına qarşı çıxıb, təhsil, səhiyyə və iqlimin qorunmasına daha çox vəsait ayrılmasını tələb ediblər.

Etirazçılar, həmçinin yaşayış xərclərinin artmasına qarşı daha təsirli tədbirlərin görülməsinə çağırıblar.

Aksiya iştirakçıları Fransada keçirilən etiraz nümayişlərinə də həmrəylik ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR