İrəvanda “Talana yox” aksiyası keçirilib

İrəvanda “Talana yox” aksiyası keçirilib
# 15 may 2015 10:02 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Mayın 14-də İrəvandakı Azadlıq meydanında “Talana yox” aksiyası keçirilib.

APA-nın Ermənistanın "Aykakan jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları elektrik enerjisi tariflərinin gözlənilən artımına etiraz ediblər.

Aksiya iştirakçıları yürüş edərək Hökumət Evinin qarşısına gəliblər və burda oturaq etiraz aksiyası keçirən “Nairit” kimya zavodunun işçilərini salamlayıblar.

"Aykakan jamanak" qeyd edir ki, hadisələrin inkişafı ictimai nəqliyyatda gediş haqqının bahalaşmasına qarşı hərəkatı xatırladır: “Həmin hərəkat 2013-cü ilin yayında qələbə ilə başa çatdı, hakimiyyət gediş haqlarını qaldırmaqdan imtina etdi və bu günə qədər həmin məsələnin üzərinə qayıtmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR