İDEF-2013 beynəlxalq müdafiə sərgisində 240-dan çox şirkət iştirak edəcək

İDEF-2013 beynəlxalq müdafiə sərgisində 240-dan çox şirkət iştirak edəcək
# 28 mart 2013 15:28 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. May ayının 7-dən 10-dək İstanbulda keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində iştirak edəcək şirkətlərin siyahısı açıqlanıb. Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Bu günədək dünyanın müxtəlif ölkələrindən 240-dan artıq şirkət sərgidə öz iştirakını təsdiq edib. Sərgidə ən çox Türkiyədən firma təmsil olunacaq.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də ayrıca stendlə təmsil olunacaq. Bundan başqa, İDEF-2013 sərgisində Azərbaycandan müdafiə nazirinin və müxtəlif hərbi qurumların komandanlarının iştirakı planlaşdırılır.

Sərgidə MDB məkanından Rusiya, Azərbaycan, Qazaxıstan və Ukrayna müdafiə sənayesi şirkətləri xüsusi stendlərlə təmsil olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR