Dövlət Baytarlıq Nəzarəti Xidməti: Azərbaycanda “donuz qripi” xəstəliyi qeydə alınmayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Azərbaycanda “donuz qripi” xəstəliyi qeydə alınmayıb
# 24 mart 2015 09:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Hazırda Azərbaycanda heyvanlar arasında iti yolucuxu xəstəliklər, o cümlədən də “donuz qripi” (A/H1 N1-red.) xəstəliyi qeydə alınmayıb”.

Bu sözləri APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

Y.Xanvəli ölkədə təxminən 7 min başa yaxın donuzun qapalı şəraitdə saxlanıldığını bildirib: “2008-ci ildə ölkəmizdə “Afrika taunu” aşkarlanandan sonra donuzlar qapalı şəraitdə saxlanılır. Azərbaycanda digər ölkələrə - Rusiyaya, Ukraynaya nisbətən donuzların sayı o qədər də çox deyil. Hər təsərrüfata 20-25 baş donuz düşür. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkədəki heyvan və heyvan mənşəli məhsullara ciddi nəzarət həyata keçirilir”.

Qeyd edək ki, son 6 gündə Türkiyədə 30 nəfər “donuz qripi”nə yoluxaraq həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR