Bakıda ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

Bakıda ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb
# 13 aprel 2015 08:38 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Nərimanov rayonu ərazisindəki “Metropark” ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerində 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə hospitallaşdırılıb.

İlkin ehtimala görə, zəhərlənmə qaz sızmasından baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR