Müsavat Partiyası etiraz yürüşü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası etiraz yürüşü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 10 aprel 2015 12:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası aprelin 19-na təyin etdiyi etiraz yürüşünə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, BŞİH-ə ünvanlanan müraciətdə aprelin 19-da saat partiyanın 16:00-da metronun “20 Yanvar” stansiyasının qarşısından Yasamal rayonundakı keçmiş “Məhsul” stadionuna yürüş təyin olunması haqqında qərar qəbul etdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR