Azərbaycan Dövlət Musiqili Teatrının saytı yenilənir

Azərbaycan Dövlət Musiqili Teatrının saytı yenilənir
# 05 iyul 2014 18:45 (UTC +04:00)

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, www.statemusicaltheatre.az saytı yeni mövsümdə zəngin tərtibatla istifadəyə veriləcək.

Teatrdan bildiriblər ki, sayt bütün mobil qurğulara adaptasiya olunacaq və istənilən formatlı ekranda rahat və tam şəkildə açılacaq, android proqramının sayəsində teatrdakı son yeniliklər ilə tanışlıq imkanı əldə olunacaq.

Tətbiq olunacaq naviqasiya menyusu da sayt üzrə axtarış sistemini asanlaşdıracaq. Bütün bunlar ölkə teatrları arasında ilk dəfə Azərbaycan Dövlət Musiqili Teatrının saytında öz əksini tapacaq.

Repertuar bölümü həftəlik elanla məhdudlaşdırılmayacaq, gündəlik elektron anonslar tamaşaçıların diqqətinə çatdırılacaq. İki ay əvvəl tamaşaçıları teatra cəlb etmək, onları bu sənətdə baş verən yeniliklərlə məlumatlandırmaq məqsədilə toplu SMS xidməti də aktivləşdirilib.

Saytın təqdimat mərasiminin 105-ci mövsümün əvvəlində keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR