Sabirabadda 3 otaqlı ev, Bakıda isə "Lada" markalı avtomobil yanıb

Sabirabadda 3 otaqlı ev, Bakıda isə "Lada" markalı avtomobil yanıb
# 04 oktyabr 2015 00:45 (UTC +04:00)

Bakı-APA. Gecə saatlarında Sabirabadda və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunun Kovlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nizami rayonunda vətəndaşa məxsus "Lada" markalı minik avtomobilin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR