Bank Of Baku

Tbilisidə “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər

Tbilisidə “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər
# 01 may 2018 15:48 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bununla bağlı təşəbbüsü Tbilisi şəhər sakrebulosu (şura) irəli sürüb.

 

Meydana Birinci Demokratik Respublika adının verilməsi təklif olunur.

 

Tbilisi şəhər sakrebulosunda təkliflə bağlı mayın 2-də müzakirələr aparılacaq. 

 

Qeyd edək ki, sözügedən meydan 1983-cü ildə açılıb və Respublika meydanı adlandırılıb. 3 dekabr 2005-ci il tarixində isə meydana “Qızılgül inqilabı” adı verilib.

 

Bu il Gürcüstanda ilk respublikanın yaranmasının 100 illik yubileyi qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR