Samux sakini seldə boğulub

Samux sakini seldə boğulub
# 10 iyun 2016 09:47 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda sel sularında kişi meyiti tapılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, suda boğulan şəxsin rayonun Qaraçanaq kənd sakini, 1966-cı il təvəllüdlü Kamil Yolçu oğlu İlyasov olduğu müəyyən edilib.

Meyit bu gün səhər saatlarında Qarayeri kəndi əraizisndə sel sularında aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.


Faktla bağlı Samux rayon Prokuroluğunda araşdıma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR