Bakıda 33 yaşlı qadın özünü öldürüb

Bakıda 33 yaşlı qadın özünü öldürüb
# 27 oktyabr 2014 09:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər intihar edib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “NZS” qəsəbəsində baş verib.

Qəsəbə sakini, 33 yaşlı Vüsalə Nizam qızı Sadıqova yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR