Benqazınin raket atəşinə tutulması nəticəsində 8 nəfər ölüb

Benqazınin raket atəşinə tutulması nəticəsində 8 nəfər ölüb
# 30 may 2015 02:24 (UTC +04:00)

Bakı-APA. Liviyada ölkənin sayca ikinci ən iri şəhəri Benqazinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 8-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 5 nəfərin həlak olduğu, 8 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Benqazinin şərqindəki yaşayış massivi mayın 29-da raket atəşinə tutulub. Liviyanın hərbi komandanlığı hadisəyə görə radikal islamçıları günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR