Azərbaycanda yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab olunacaq

Azərbaycanda yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab olunacaq
# 12 aprel 2013 14:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda yetkinlik yaşına çatmayanları istismarı da insan alveri hesab ediləcək və insan alverinin bu hissəsi ilə bağlı sərt cəzalar tətbiq olunacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna və Cinayət Məcəlləsinə əlavələr ediləcək.

Qanunla bağlı nəzərdə tutulmuş layihəyə əsasən yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bütün hallarda insan alveri hesab edilir. Cinayət Məcəlləsinə ediləcək əlavədə isə bununla bağlı 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hər iki layihə Milli Məclisin aprelin 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR