Bank Of Baku

Bakıda taksi xidmətində təmassız ödəniş sistemi tətbiq olunacaq

Bakıda taksi xidmətində təmassız ödəniş sistemi tətbiq olunacaq
# 09 mart 2019 13:16 (UTC +04:00)

Yaxın iki ay ərzində Bakının taksi xidmətlərinin birində təmassız ödəniş sistemi tətbiq olunacaq.

Bu barədə ONA-ya "Portmanat" şirkətindən məlumat verilib.

Yeni ödəniş növü şirkətin ödəniş sisteminin mobil əlavəsinə inteqrasiya olunmuş QR-kod texnologiyası vasitəsilə mümkün olacaq.

“Ödəniş aparmaq üçün mobil telefonun kamerasını QR-koda yaxınlaşdırmaq kifayət edəcək ki, ödənilən məbləğ taksi xidmətinin hesabına köçürülsün. Sistemin sınaqları artıq tamamlanmaq üzrədir və yaxın iki ay ərzində istifadəçilərin ixtiyarına buraxılacaq”, - deyə şirkətdən bildiriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR