Maliyyə Nazirliyi: Hələ də sığorta agentlərinə müəyyən güzəştlərin edilməsi hallarına rast gəlinir

Maliyyə Nazirliyi: Hələ də sığorta agentlərinə müəyyən güzəştlərin edilməsi hallarına rast gəlinir
# 06 aprel 2015 07:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycanda 950-dən çox sığorta agenti fəaliyyət göstərir.

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) Lisenziyalaşdırma, ərizə və şikayətlərə baxılması şöbəsinin rəisi Mahir Abdullayev deyib.

Şöbə rəisinin sözlərinə görə, sığorta agentlərindən 60-ı hüquqi, 896-nı fiziki şəxslər təşkil edir.

M. Abdullayev bildirib ki, fiziki və hüquqi şəxslərin sığorta agenti kimi fəaliyyət göstərməsi ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət qoyulmayıb.

Nazirlik rəsmisi sığorta agentlərinin fəaliyyətində yol verdikləri nöqsanlardan da danışıb. “Azərbaycanın sığorta qanunvericiliyində sığorta agentlərinə güzəştlər ləğv edilib. Təəssüf ki, hələ də sığorta şirkətləri tərəfindən müəyyən güzəştlərin edilməsi hallarına rast gəlinir”, - deyə M. Abdullayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR