Pentaqon KXDR-in nüvə başlığına malik olduğunu ehtimal edir

Pentaqon KXDR-in nüvə başlığına malik olduğunu ehtimal edir
# 11 aprel 2013 22:41 (UTC +04:00)

Bakı-APA. Pentaqon ehtimal edir ki, KXDR ballistik raket üçün başlıq kimi istifadə olunacaq nüvə partlayıcısına malikdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə nazirliyinin kəşfiyyat idarəsinin bu fikrini konqresmen Duq Lamborn Senatın Silahlı Qüvvələr üzrə komissiyasının iclasında bildirib.

Lambornun sözlərinə görə, söhbət mart ayında hazırlanan məxfi məruzədən gedir.

Sənəddə qeyd olunur ki, kəşfiyyat idarəsi qismən əminliklə ehtimal edir ki, Şimali Koreya hal-hazırda ballistik raket üçün başlıq kimi istifadə olunacaq nüvə partlayıcısına malikdir. Məruzənin məxfilikdən çıxarılmış hissəsində bu cür raketin texniki xüsusiyyətləri barədə hər-hansı bir açıqlama verilməyib.

Bir qədər əvvəl Pentaqonun rəhbəri Çak Heygel qeyd edib ki, İran və Şimali Koreya raket texnologiyalarının inkişafının indiki səviyyəsində ABŞ ərazisi üçün heç bir təhlükə yaratmır.

Bir neçə gün əvvəl xəbər verilirdi ki, Çimali Koreyanın şərqindəki Kanvondo vilayətində 3-4 min km məsafəni qət edə biləcək, Yaponiyanın və ABŞ-ın Quam adasında bütün hədəfləri vura biləcək “Musudan” tipli raketlər quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR