Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə iyunun 28-i saat 23:30 radələrində Qax-Qorağan avtomobil yolunda baş verib.
Rayonun Şıxlar kəndində məskunlaşan məcburi köçkün, 1962-ci il təvəllüdlü Osman Əfqan oğlu Nəsibov “VAZ 21074” markalı, 90-MG-445 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra sürücü Osman Nəsibov və avtomobildə sərnişin, 1979-cu il təvəllüdlü Azad Hümmət oğlu Əmrahov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
MRX-dan APA-ya bildirlib ki, hər iki şəxsin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirlir.
Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.