Ağ Ev: “Böyük Britaniyanın Aİ-dan çıxması Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına təsir göstərməyəcək”

Ağ Ev: “Böyük Britaniyanın Aİ-dan çıxması Rusiyaya qarşı sanksiyaların müddətinin  uzadılmasına təsir göstərməyəcək”
# 27 iyun 2016 21:39 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Aİ çıxması Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına təsir göstərməyəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin nümayəndəsi Erik Şults bəyan edib.

“Bu mövzu yaxınlarda Yaponiyada keçirilən G-7 ölkələrinin görüşündə bir daha müzakirə olunub. ABŞ və Avropa İttifaqı Ukraynada böhran başlanandan Rusiyaya qarşı sanksiyaların tətbiqi və uzadılması istiqamətində birgə işləyirlər. Minsk sazişi tam yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacaq. Tətbiq edilən sanksiyalar sayəsində Rusiya iqtisadiyyatı 1/6 dəfə azalaraq İspaniya iqtisadiyyatından geri düşüb”, deyə E.Şults.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR