Bank Of Baku

Bacısını və bacısı uşağını vuran sürücü: “Hadisə ehtiyatsızlıqdan baş verib”

Bacısını və bacısı uşağını vuran sürücü: “Hadisə ehtiyatsızlıqdan baş verib”
# 25 iyun 2018 16:47 (UTC +04:00)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Salyanda yük maşını ilə bacısının 4 yaşlı oğlunu vuraraq öldürdüyünə görə saxlanılan sürücü ilə görüşüblər.

 

Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, Salyan rayon Polis Şöbəsində saxlanılan Əmrulla Aslanov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

 

Qeyd edək ki, məlum hadisə bu gün rayonun Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə bacısı - 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladı - Əli Sahil oğlu Məmmədovu vurub. Uşaq hadisə yerində ölüb, ana isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, 4 yaşlı Əli Məmmədov həyətdə oynayarkən hərəkətdə olan maşının qabağına çıxıb. Bu zaman uşağı xilas etmək istəyən anası da yük maşınının altında  qalıb.

 

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR