Xəbərə fotolar əlavə edilib.
***
saat 15.09
Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.
APA-nın Şimal bürosunun xəbərinə görə, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, "Chevrolet" və "Ford" minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.