Bakı. Türbət Bağırova - APA. Rusiyanın Sankt-Peterburq şəhərində həmyerlisini öldürən 26 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın “neva.today” saytına istinadən verdiyi xəbər görə, saxlanılan şəxsin soyadı Abbasovdur. Onun avqustun 27-də “Apraksin dvor” ticarət mərkəzində ölümlə nəticələnmiş insidentin iştirakçısı olduğu bildirilir.
Xatırladaq ki, azərbaycanlılar arasında baş vermiş həmin münaqişə zamanı 3 nəfər bıçaq yarası alıb. 32 yaşlı azərbaycanlı xəstəxanaya çatdırılarkən yolda keçinib.