Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Sentyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Sentyabr - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2014 17:06 (UTC +04:00)

Bakı-APA. İŞİD məsələsində ABŞ və Türkiyənin bir-birinə tərs düşməsinə səbəb terrorçuların əlində türk girovların olması idi. Terrorçular Mosul baş konsulluğunun girov diplomatlarından canlı qalxan kimi istifadə edir, ABŞ bu səbəbdən İŞİD-ə havadan zərbələr endirməyi təxirə salırdı. Türkiyə məhz girovlara görə Birləşmiş Ştatların İŞİD-ə qarşı əməliyyat keçirməsinə qarşı idi. İŞİD isə əllərində olan girovlar səbəbilə Türkiyənin əl-qolunu bağlamış və fürsətdən istifadə edərək çox strateji bir məkanda öz dövlətini qurmağa tələsirdi. Və hər şey birdən dəyişdi, girovlar azad edildi, Türkiyənin əl-qolunu bağlayan səbəb aradan qalxdı və ABŞ İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyatlara başladı. Bir sual meydana çıxır - İŞİD girovları azad edəcəyi təqdirdə Amerikanın irimiqyaslı əməliyyatlara başlayacağını bilirdisə, diplomatları niyə azad etdi? Məntiqli sualdır və məntiqli sualın məntiqli də cavabı var. Cavab odur ki, diplomatları İŞİD azad etməyib, Ərdoğanın iddia etdiyi kimi xüsusi əməliyyatla azad olunub. İŞİD-lə bağlı tapmacalardan birinin cavabı bax budur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR