Türkiyə XİN 600 Suriyalı qaçqının deportasiya olunması barədə xəbərləri təkzib edib

Türkiyə XİN 600 Suriyalı qaçqının deportasiya olunması barədə xəbərləri təkzib edib
# 28 mart 2013 18:28 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN 600 nəfərin Şanlıurfadakı suriyalının yerləşdiyi qaçqın düşərgəsindən deportasiya olunması barədə yayılmış xəbərləri təkzib edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə Türkiyə XİN mətbuat xidmətində bildiriblər.

“Bizim məlumatımıza görə, çərşənbə günü axşam saatlarında 56 nəfər suriyalı qaçqın öz arzusu ilə düşərgəni tərk edib evlərinə dönmək istədiklərini bildiriblər. Onlar özləri gediblər. 600-700 nəfərdən söz belə ola bilməz”, deyə Türkiyə XİN mətbuat xidmətində bildiriblər.

Mətbuat xidmətində qeyd ediblər ki, deportasiya çox mürəkkəb prosesdir və bir neçə bürokratik prosedura nəzərdə tutur. Türkiyə XİN hal-hazırda bu məlumatın yayılmasının səbəbini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR